İdeal Əmtəə

konkret insan tələbatını ödəməyə qadir olan və bazar əmtəəsinin bütün əlamətlərini özündə təcəssüm etdirən, tələb və təklifin olduğu müəyyən əmtəə.
İdeal Bazar, Mükəmməl, Azad Bazar
İdentifikasiya
OBASTAN VİKİ
Əmtəə
Əmtəə — İqtisadi nəzəriyyədə müştərilərin istəklərini qarşılayan və faydalılıq təmin edən məhsul və xidmətlərdir. Əsasən əmtəələr və xidmətlər fərqləndirilir. İqtisadi nəzəriyyədə bütün əmtəələr maddi hesab edilsə də, həqiqətdə informasiya (və ya Məlumat) kimi əmtəələr qeyri-maddi əmtəələrdir. Misal üçün, digər əmtəələr arasında Alma maddi obyekt olsa da, xəbər qeyri-maddi sinif əmtəələrə aiddir və yalnız Kompüter, Mətbəə kimi alətlər vasitəsilə qavranıla bilir. == Əmtəələrin faydalılıq xarakteristikası == Əmtəələr öz faydalılığını artıra və azalda bilər və ya marjinal faydalı əmtəə kimi təsvir edilə bilər. Atmosfer kimi bəzi şeylər faydalıdır amma iqtisadi dəyəri yoxdur. Bunlar "pulsuz əmtəələr"ə daxildirlər. İqtisadi nəzəriyyədə pis yaxşının əksidir. Belə ki, hər hansı bir obyektin yaxşı və ya pis olması onun fərdi istehlakçısından asılıdır və buna görə də bütün əmtəələrin hər zaman yaxşı olmadığını anlamaq önəmlidir. == Əmtəələrin növləri == Əmtəələr fərqli xarakteristikalarına görə maddilik və ya nisbi elastiklik kimi müxtəlif kateqoriyalara bölünürlər.
İdeal (Muğanna)
"İdeal" (əvvəlki adı: Yanar ürək) — İsa Muğannanın bədii-fəlsəfi romanı. Əsər yazıldığı ilk dövrlərdə müəllifə qarşı kəskin tənqid kampaniyası başlayır və İsa Hüseynov təqib və təzyiqlərə məruz qalır. Sonralar İsa Muğanna əsasən sovet dövründə yazdığı bir sıra əsərlərlə yanaşı "İdeal" əsərinin ilkin variantı hesab olunan "Yanar ürək"dən də imtina etmişdir. İ. Muğannanın həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən "Yanar ürək" romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə Azərbaycan ədəbiyyatının inkişafı üçün çox gərəkli hesab olunur. Bu əsərinin mövzusunu müəllif sonralar "İdeal" romanında bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirib. Azərbaycanın yaxın və uzaq keçmişindən tarixi hadisələrin, alim və filosoflarının vətənpərvərlik çarpışmalarının əks etdirildiyi "İdeal" əsərində yazıçı Azərbaycan xalqının qədim tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində birləşdirib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Azərbaycan romanının, postmodernizmin başlanğıcını İsa Muğannanın (Hüseynovun) "İdeal" romanı ilə əlaqələndirir. Ş. Sadiq xüsusi qeyd edir ki: "İsa Muğannanın 1980-ci illərdə yazdığı "İdeal" romanı və ilk dəfə 1993-cü ildə "Dünya" jurnalının 3-cü nömrəsində çap edilən "Cəhənnəm" romanı Azərbaycan ədəbiyyatının ilk postmodern əsərlərindəndir." Ş. Sadiq İ. Muğannanın Azərbaycan ədəbiyyatında postmodernin birinci dalğasının banisi hesab edir, ikinci dalğanı isə Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı ilə əlaqələndirir. Şəmil Sadiq İsa Muğannanın "İdeal" romanının üzərində 6 dəfə dəyişiklik etməsinə də toxunmuşdur: "Ehtimalımıza görə "İdeal" əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə "Yanar ürək" adı ilə 1956-cı ildə yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə "İdeal" adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə "Peyğəmbərin möhürü" hissəsi əlavə edilərək çap edilərkən.
İdeal (kitab)

İdeal (roman)

İdeal Nərimanov
İdeal Həmid oğlu Nərimanov (1927, Ağdam, Ağdam qəzası – 2006, Bakı) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. == Həyatı == İdeal Nərimanov 1927-ci ildə Ağdamda anadan olmuşdur. O, Ağdam 1 saylı orta məktəbini bitirib, 1944 ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1950-ci ildən ali təhsilinin Leninqrad Universitetində davam etdirmişdir. Vətənə qayıtdıqdan sonra İdeal Nərimanov Azərbaycan Dövlət Tarix Muzeyində işləmiş, 1951–1952-ci illərdə Mingəçevir kompleks arxeoloji ekspedisiyasının üzvlərindən biri olmuşdur. İdeal Nərimanov 1952–1955-ci illərdə Moskvada SSRİ EA Arxeologiya İnstitutunun aspiranturasında təhsil almış, 1955-ci ildə "Gəncəçay rayonunun arxeoloji abidələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əsər 1958 ildə çapdan çıxmışdır. 1982 ildə Tbilisidə "Azərbaycanın ən erkən əkinçi maldar tayfalarının mədəniyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Alim 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. İdeal Nərimanov yazılışı 1966-cı ildə başa çatdırılmış "Azərbaycan arxeologiyası" kitabının aparıcı müəlliflərindən biri olmuşdur. Çoxcildli "Azərbaycan tarixi"nin I cildinin əsas müəlliflərindən biri, nəşrə hazırlanan çoxcildlik "Azərbaycan arxeologiyası"nın cildlərindən birinin müəlliflər kollektivinin rəhbəri idi.
İdeal kinoteatrı
İdeal kinoteatrı — Yuxarı Don ərazisində 1911-ci ildə təsis edilmiş. Bu gölgənin iık kinoteayrlsrınfan biri hesab edilir. Bu kinoteatr səssiz kinomatqrafiyaya aiddir. 1920–1930-cu illərdə burada tamaşsların nümayişi baş verirdi. Onlarda şəxsən yazıçı və kinorejisor, Mixail Aleksandr Şoloxov iştirak edirdi. Bu bina M. A. Şoloxov adına Dövlət muzey qoruğu ərazisimə daxildir. Bina Rostov vilsyəti Bokovski rayonu Karqin stanisası əraxisində yerləşir. Ksrqinski kinomatoqrafiyası Don vilsyətində ikinci kinoteatr olmuşfur. Bu adla ilk kinoteatr Rostov-na-Donu şəhərində fəaliyyət göstərmişdir. == Tarixi == Kazak Tikofey İvanoviç Ksrqin 1911-ci ildə Karqin stanisasında "İdeal" kinoteatrını inşa etdirmişdir.
İdeal qaz
İdeal qaz — orta təzyiq və temperaturda real qazların xassələrini və davranışlarını təsvir etmək üçün geniş istifadə olunan nəzəri model. Bu modeldə, birincisi, qazı təşkil edən zərrəciklərin bir-birinə qarşılıqlı təsir göstərmədiyi, yəni ölçülərinin əhəmiyyətsiz olduğu güman edilir, ona görə də ideal qazın tutduğu həcmdə zərrəciklərin qarşılıqlı qeyri-elastik toqquşmaları yoxdur. İdeal qaz zərrəcikləri yalnız qabın divarları ilə toqquşur. İkinci fərziyyə: qaz zərrəcikləri arasında uzun məsafəli qarşılıqlı təsir yoxdur, məsələn, elektrostatik və ya qravitasiya. Molekulyar kinetik nəzəriyyə çərçivəsində molekullar və qabın divarları arasında elastik toqquşmaların əlavə vəziyyəti ideal qazın termodinamikasına gətirib çıxarır. İdeal qazın müxtəlif genişləndirilmiş modellərində, zərrəciklərin elastik bağlarla (məsələn, iki atomlu molekullar) birləşdirilmiş ellipsoidlər və ya kürələr şəklində təqdim edilə bilən daxili quruluşa və genişlənmiş ölçülərə malik olduğu güman edilir. Qaz zərrəciklərinin poliatomik molekullar şəklində təmsil olunması əlavə sərbəstlik dərəcələrinin yaranmasına gətirib çıxarır ki, bu da bizi zərrəciklərin həm də fırlanma-vibrasiya hərəkətinin enerjisini, eləcə də təkcə mərkəzi deyil, həm də hissəciklərin mərkəzi olmayan toqquşmalarını nəzərdə tutur . Model qaz termodinamikası və aeroqazdinamika məsələlərini həll etmək üçün geniş istifadə olunur. Məsələn, atmosfer təzyiqində və otaq temperaturunda hava praktiki hesablamalar üçün kifayət qədər dəqiqliklə ideal qaz modeli ilə yaxşı təsvir edilmişdir. Klassik ideal qazlar (onun xassələri klassik mexanika qanunlarından irəli gəlir və Maksvell-Boltsman statistikasına tabedir), yarımklassik ideal qaz (bunun üçün - klassik ideal qazdan fərqli olaraq - enerjinin sərbəstlik dərəcələri üzrə vahid paylanması qanunu ödənmir) və kvant ideal qaz (onun xassələri qanunlarla müəyyən edilir) kvant mexanikasının və Fermi-Dirak statistikası ilə təsvir edilmişdir və ya Bose-Einstein ).
Əmtəə birjası
Əmtəə birjası — müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statuslu təşkilatdır. Birja onunla əlamətdardır ki, burada ticarət müntəzəm təşkil edilir, malın keyfiyyətinə, şəraitinə və tədarük vaxtına olan tələblər eyniləşdirilmiş (unifikasiya olunmuş) olur, alıcıların və satıcıların qarşılıqlı təkliflərinə, sonradan sazişlər bağlanmasına əsaslanır. Birjalar xüsusi adamların assosiasiyası kimi təşkil olunur, çox vaxt korparasiya kimi birləşmiş olur və məqsəd isə, ticarəti rahatlaşdırmaq və ucuzlaşdırmaqdır.
Əmtəə fetişizmi
Əmtəə fetişizmi – əmtəə istehsalı şəraitində istehsal münasibətlərinin insanlar arasında maddiləşməsi(fransızca fétiche-fetiş, pərəstişgah; portuqalca feitico-sehirbazlıq, tilsim deməkdir). Bu anlayışın özü tamamilə Karl Marksa məxsusdur. Əmtəə fetişizminin mahiyyəti insanlar arasındakı münasibətlərin əşyalaşmasında, əşya-əmtəənin onlar üzərində hakimiyyətidir. Burada insanlar üzərində hakim isehsal münasibətlərnin kortəbiiliyi zahirən onların üzərində müəyyən şeylərin hakimliyi təzahür edir. Əmtəə istehsalçısı özünün hər günki təcrübəsində əmin olur ki, onun maddi rifah halı əmtəənin bazarda "özünü aparmasından", onların satılıb-satılmamasından, baha və ya ucuz satılmasından asılıdır. Beləliklə, əmtəəyə çevrilmiş əşyalar sanki "canlı ruha" malik olurlar, yəni əmtəə forması almış əmək məhzulları insanın taleyini idarə edirlər. Buradan da əmtəəyə fövqəltəbii qüvvə kimi mistik münasibət əmələ gəlir. Əmtəə fetişizmi tarixi hadisə olub , obyektiv xarakter daşıyır və [kapitalizm|Kapitalizm] dövründə ən yüksək inkişafa çatır. İnsanlar arasında iqtisadi münasibətlərin maddiləşməsi şeylərin təbii xassələri ilə deyil, ictimai istehsalın təşkili xüsusiyyətləri ilə müəyyən olunur([K. Marks|Karl Marks], Kapital, c.1, səh. 83).
Əmtəə nişanı
Əmtəə nişanı – hüquqi cəhətdən qorunan firma adı, firma nişanı, əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir, başqa sözlə müəyyən firmanın əmtəələrinin digər firmanın məlumatlarından fərqləndirmək üçün xidmət göstərən müəyyən edilmiş qaydada qeydiyyatdan keçən nişandır (işarədir, əlamətdir). Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması. Ticarət markasını (bəzən onu firma nişanı adlandırırlar) – malın (əmtəənin) hazırlayanı göstərən, məhsulu onu hazırlayanla və satıcısı ilə eyniləşdirən simvol işarəsi (nişanı), müəssisələrin adı, termin, şəkil, emblem və s. Bu zaman buraxılan məhsula yox, onu buraxan firmaya aid olan ticarət adını fərqləndirmək olar. Əmtəə nişanı geraldika işarələrini, coğrafi adları və s. ehtiva etmir, çünki onlar müstəsna mülkiyyət obyekti ola bilməzlər. Əmtəə nişanında istifadə hüquqlarına aiddir: o, hallanmır (təsir altına düşmür). Həmişə mətndə eyni üsulla fərqləndirilir (böyük hərflə, dırnaq işarəsi ilə, kursivlə, üslublaşmış şriftlə və s.); qeydiyyatdan keçmiş əmtəə nişanı xüsusi nişanla C (kopirayt) təchiz olunur (əmtəənin, yaxud malın olduğu ölkədə qəbul edilən). Əmtəə nişanının sahibi eyni məhsul və xidmətlər üçün əmtəə nişanından və onun variantlarından istifadə edilməsi üçün müstəsna hüquqa malikdir. Əmtəə nişanı istehsalçıya bir hüquqi və ya fiziki şəxs tərəfindən təklif edilən əmtəə və xidmətlərin digər şəxslərin yekcins əmtəə və xidmətlərin fərqlənməsinə imkan verir, onların dəyərinə təsir edir, rəqabət qabiliyyətinin yüksəldilməsinə səbəb olur.
Əmtəə yağları
Əmtəə neft yağları — müxtəlif özlülüklü baza yağların və aşqarların qarışdırılması (kompaund edilməsi) nəticəsində alınan yağlardır, lakin bəzi əmtəə yağlarının tərkibində aşqar olmaya də bilər, bu da istisna hal kimi qiymətləndirilir. == Tətbiq sahəsi == Əmtəə yağları tətbiq sahəsinə görə sürtkü və qeyri sürtkü yağlara bölünür: === Sürtkü yağları: === Motor yağları Transmissiya yağları İndustrial yağlar Aviasiya yağları Energetik yağlar === Qeyri sürtkü yağları: === Texnoloji yağlar Tibbi yağlar Parfumeriya yağları Elektroizolyasiya yağları Plastifikatorlar Əmtəə sürtkü yağlarına motor, transmissiya və xüsusi təyinatlı yağlar aiddir. Əmtəə qeyri sürtkü yağlarına – texnoloji, elektroizolyasiya, tibbi, parfumeriya yağları və plastifikatorlar aiddir. == Əmtəə sürtkü yağları == Əmtəə sürtkü yağları – maşın və mexanizmlərdə hərəkətdə olan hissələrin bərk səthlərinin arasında olan sürtünmənin azalmasını təmin edir və bu hissələrin köhnəlməsinin qarşısını alır. Əmtəə yağları təyinat, özlülük və istismar hassələrinə görə müxtəlif cür təsnifatlanır. Rusiya Federasiyasının standartlarına görə, yağlar sinflərə bölünür və sinif adının birinci hərfi ilə markalanır. Məsələn, Motor yağları "M" hərfi ilə; İndustrial yağlar – "İ" hərfi ilə; Transmissiya yağları – "T" hərfi ilə və s. == Mənbə == В. М. Капустин. Б. П. Тонконогов, И. Г. Фукс. "Технология переработки нефти".
Əmtəə istehsalı
Əmtəə istehsalı — bütün məhsulların satış üçün yaradıldığı bir təşkilat növüdür. İctimai əmək bölgüsü səbəbindən yaranır və iqtisadi cəhətdən təcrid olunmuş istehsalçılar tərəfindən həyata keçirilir. == Tarixi == Sadə əmtəə istehsalı müstəqil özəl istehsalçı-kəndli və sənətkarlar arasında mübadilə üçün məhsul istehsalıdır. Onun əsas xüsusiyyətləri aşağıdakılardır: İctimai əmək bölgüsü əmtəə istehsalının mövcudluğunun maddi şərti kimi. İstehsal vasitələrinə və əmək məhsullarına xüsusi mülkiyyət. Mülkiyyətçinin istehsal vasitələri və ictimai ehtiyacların ödənilməsi üçün şəxsi əməyi əmək məhsullarının alqı-satqısı yolu ilə həyata keçirilir. İnsanlar arasında iqtisadi əlaqə bazar vasitəsilə həyata keçirilir, yəni sosial xarakter daşıyır. İnkişaf etmiş əmtəə istehsalı ilə təkcə bütün əmək məhsulları deyil, həm də istehsal amilləri, o cümlədən əmək əmtəəyə çevrilir. Bazar münasibətləri universal xarakter alır. Əşyalar arasında münasibətlər kimi çıxış edən bütün iqtisadi münasibətlər sisteminin refikasiyası baş verir və əmtəə fetişizmi yaranır.
Komplementar əmtəə
Komplementar əmtəə (tamamlayıcı məhsullar) — bir-birini tamamlayan malın populyarlığı ilə cəlbediciliyi artırılan əmtəədir. Texniki olaraq, tələbin mənfi çarpaz elastikliyini nümayiş etdirir və başqa bir malın qiyməti azaldıqda tələbi artır. Əgər A {\displaystyle A} B {\displaystyle B} -ın tamamlayıcısıdırsa, A {\displaystyle A} qiymətindəki artım A {\displaystyle A} -nın və tələb əyrisini B {\displaystyle B} daha geniş hərəkət etməyə məcbur edir; tələb əyrisi boyunca mənfi hərəkətə səbəb olacaq. Hər bir məhsula daha az tələbat olacaq. Əksinə, A {\displaystyle A} qiymətində azalma A {\displaystyle A} -ın tələb əyrisi boyunca müsbət hərəkətlə nəticələnəcək və B {\displaystyle B} -ın tələb əyrisinin xaricə sürüşmək; hər bir məhsula daha çox tələbat olacaq. Bu, əvəzedici əmtəədən fərqli olaraq, əvəzedicinin qiyməti azaldıqda tələb azalır.
Əmtəə riski
Əmtəə riski (ing. Commodity risk) — əmtəələrin (məsələn, neft, qaz, qızıl, buğda və digər xammallar) qiymətlərində baş verən dəyişikliklərin nəticəsində yaranan maliyyə zərəri ehtimalını ifadə edir. Bu risk, əsasən əmtəələrin istehsalı, satışı və ya istehlakı ilə məşğul olan şirkətlər və ya bu bazarlara sərmayə qoyan maliyyə qurumları üçün aktualdır. == Əmtəə riski və qlobal iqtisadiyyat == Əmtəə riski dünya iqtisadiyyatına mühüm təsir göstərir, çünki xammal məhsulları bir çox sənaye sahələrinin əsasını təşkil edir. Bu risklərin düzgün idarə olunması iqtisadi sabitliyi qorumaq və gəlirliliyi artırmaq üçün vacibdir.
İdeal qaz qanunları
İdeal qaz qanunları — parametrlərdən birinin verilmiş qiymətində qalan iki parametr arasındakı miqdarı asılılığına deyilir. Parametrlərdən birinin qiyməti dəyişməz qalmaq şərtilə baş verən proseslər izoproseslər (Yunanca izos - bərabər) deyilir. == İzoproseslər == İzotermik proses (Temperaturun sabit qalması ilə) İzobar proses (Təzyiqin sabit qalması ilə) İzoxor proses (Həcmin sabit qalması ilə) == Həmçinin bax == Temperatur Molekulyar-kinetik nəzəriyyə (MKN) == İstinadlar == == Ədəbiyyat == N.A.Pyorışkin, N.A.Rodina. Fizika 7-ci sinif. 1995 N.A.Pyorışkin, N.A.Rodina. Fizika 8-ci sinif. 1995 İ.K.Kikoin, A.K.Kikoin. Fizika 9-cu sinif.
Çikaqo əmtəə birjası
Çikaqo əmtəə birjası (ing. Chicago Board of Trade) — dünyada ən böyük birja hesab olunur. 1848-ci ildə yaradılmışdır. Bu birjada fyuçers müqavilələrinin 37 və opsion müqavilələrinin 39 növü üzrə əməliyyat baş verir. 1998-ci ildə 218 mln fyuçers və 61 mln opsion müqavilələri bağlanılmışdır. Ticarətin əsas obyektlərinə daxildir: dənli (buğda, qarğıdalı, yulaf, soya paxlası), zeytun, yanacaq (neft, mazut, benzin), broyler, faner, qiymətli metallar (qızıl və gümüş), ABŞ-nin xəzinə biletləri və istiqraz vərəqələri, bələdiyyə istiqraz vərəqələri, səhm və istiqraz vərəqələrinin indeksləri. Bu 1975-ci ildə faizli fyuçerslərlə ticarətlə başlamış, hökumət ipoteka assosiasiyasının ipoteka sertifikatlarıüzrə müqavilələr, 1977-ci ildə isə ABŞ-nin dövlət borcunun istiqraz vərəqələri üzrə müddətli müüqavilələrin alğı-satqısını aparan birinci birja olmuşdur.
Əmtəə və xidmətlər
Mallar və xidmətlər (ing. goods and services) — istehsalın, iqtisadi fəaliyyətin nəticəsini xarakterizə edən termin. Müəyyən bir müddət ərzində ayrı bir müəssisənin (təşkilatın), sənayenin, kənd təsərrüfatının və ya ölkənin və ya bütün dünyanın bütün xalq təsərrüfatının istehsalı nəticəsində yaranan məhsullar məcmusudur. == Məhsulun planlaşdırılması və uçotu == Məhsulların bütün dəsti ümumiyyətlə istehsal vasitələri (əmək vasitələri və əmək obyektləri) və istehlak malları (qida və qeyri-ərzaq məhsulları) bölünür . Planlaşdırma və mühasibat məqsədləri üçün məhsullar fiziki (fiziki vahidlər) və dəyər (pul vahidləri ilə) ölçülə bilər. Ənənəvi şəklində istehsal həcminin ölçüləri bunlardır: fiziki vahidlər (ton, kiloqram , metr (elektrik, fiber optik kabel), kvadrat metr (üzlüklü plitələr, parket) və digərləri); şərti təbii vahidlər (minlərlə (aşağıya baxın) şərti bankalar, şərti şifer təbəqələr, şərti parçalar, rulonlarda, rulonlarda və digərləri). sayma çəkisi — çox sayda kiçik homojen tarazlıq məhsulunun (yarı bitmiş məhsullar, (mini) aqreqatlar, qoz-fındıqlar, yuyucular, boltlar, toplar, düymələr və s.) sürətli sayılması üçün; hesablanmış çəkidə əhəmiyyətli (bilinməyən) məhsul sayı müəyyən nisbətdə eyni ölçülü (məlum olmayan) kiçik (məlum) sayı ilə tarazlaşdırılır (ölçüsüz - 10: 1, 100: 1, 1000: 1); Hesablanmış ağırlıq fabriklərdə, anbarlarda, qida fabriklərində və bənzərlərində istifadə olunur. İstehsalın dəyər ifadəsində həcmi müxtəlif göstəricilərlə müəyyən edilir. hazır məhsullar — hazırkı standartlara və ya təsdiq olunmuş spesifikasiyalara cavab verən, tamamən işlənmiş (pərçimlənmiş) bir məhsul olan müştəri və ya təşkilatın anbarı tərəfindən qəbul edilmiş öz istehsalımızın məhsulları və yarımfabrikatları. kommersiya məhsulları - satış üçün nəzərdə tutulmuş məhsulların qiymətləndirilməsi (hazır məhsullar, yarımfabrikatlar, istehsal xarakterli işlər və xidmətlər); ümumi məhsul (ümumi məhsul və məhsulların payı (ümumi məhsulun ümumi həcmində)) müəssisə tərəfindən istehsal olunan bütün növ məhsulların maya dəyəri və satışa təqdim olunan məhsulları təşkil edən elementlərə əlavə olaraq müvafiq dövr üçün bitməmiş istehsalın dəyişməsi, xammal dəyəri və müştəri materialları və bəzi digər elementlər; xalis istehsal — müəssisənin müəyyən bir dövr üçün iqtisadi fəaliyyəti nəticəsində yeni yaradılan dəyər.
İdeal qazın hal tənliyi
İdeal qazın hal tənliyi - sadəcə, olaraq ideal qazın halını təyin edən tənliyə deyilir. Bəzən bu tənliyə Klapeyron və ya Mendeleyev-Klapeyron tənliyi deyilir.
İdeal qətl (film, 1998)
İdeal qətl — 1998-ci ildə çəkilmiş Amerika triller filmidir. Orijinal adı A Perfect Murder olmuşdur. Ssenarisi Frederik Knottun ilk dəfə 1952-ci ildə Londonda səhnəyə qoyulan "Dial M for Murder" pyesindən uyğunlaşdırılaraq Patrick Smith Kelly tərəfindən yazılmış olan filmin rejissoru Endryu Devisdir. Baş rollarda Maykl Duqlas, Qvinet Peltrou, Viqqo Mortensen və Devid Suçetin çəkildiyi filmin orijinal partiturasını (musiqi) Ceyms Nyuton Hovard bəstələmişdir. İdeal qətl filmi 1954-cü ildə Alfred Hitchcock klassiki sayılan Dial M for Murder əsərinin remeykidir. Buna görə də film ABŞ-də "Dial M for Murder" və Yaponiyada "Dial M" alternativ adları altında da nümayiş etdirilmişdir. Alfred Hitchcockun filmində ssenarini də Frederik Knott öz əsərindəki kimi yazmışdır. Film tənqidçiləri "İdeal qətl"i Hitchcockun "Dial M for Murder" əsəri qədər müvəffəqiyyətli hesab etməmişdirlər. Varlı bir ailədən olan Emili Bredford (Gwyneth Paltrow) güclü bir iş adamı sayılan əri Stiven Tayloru (Maykl Duqlas) rəssam Devid Şou (Viqqo Mortensen) ilə aldadır. Aldadıldığını bilən ər, qısqanc sevgili və xəyanətkar arvad arasındakı cinayətə qədər gedən mürəkkəb münasibətlər silsiləsi, bu filmin mövzusunu təşkil edir.